Siyasət

  • 3 302

Hikmət Babaoğlu: Bu gün Azərbaycanın ən yeni siyasi tarixində çox mühüm bir hadisə baş verdi

image

«Bu gün Azərbaycanın ən yeni siyasi tarixində çox mühüm bir hadisə baş verdi. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə öz namizədini irəli sürdü. Bu, YAP-ın Sədri, Prezident İlham Əliyevdir». Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.H.Babaoğlu bildirib ki, hakim partiyanın bu seçimi bütövlükdə Azərbaycan xalqının seçimidir və xalqın irəli sürdüyü namizəddir. Çünki, YAP ümumxalq partiyasıdır və partiyanın namizədi 700 mindən çox olan partiya üzvlərinin namizədidir. Onun sözlərinə görə, bu, əslində Azərbaycan xalqı deməkdir.«Bilirsiniz ki, YAP-ın Sədri, cənab Prezident İlham Əliyev bəyan edib ki, “mənim həyata keçirdiyim siyasətin mərkəzində Azərbaycan vətəndaşının, xalqının rifahı dayanır”. Doğrudan da nəzər yetirsək görərik ki, cənab Prezident hakimiyyətdə olduğu illər ərzində “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” siyasi fəlsəfəsinə sadiq olaraq hər bir bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün əlindən gələn hər şeyi edib. Hər şeydən öncə Azərbaycanda ictimai-siyasi sabitliyi yaradıb, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir vəziyyətdə Azərbaycanı sabitlik adası kimi qoruyub saxlaya bilib. Hələ üstəlik onu inkişaf etdirib və ölkəmizdə işsizliyin, yoxsulluğun səviyyəsi azalıb. Azərbaycanın regionları inkişaf edib, dövlətimiz region, dünya ölkələri içərisində çox mühüm bir tərəfdaşa çevrilib. Buna paralel olaraq cənab Prezident Azərbaycan ordusunu gücləndirib. Ölkə başçısı Ali Baş Komandan kimi 2016-cı ilin aprel döyüşlərinə imza atıb. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olub. Sadalayacağımız çoxsaylı bu kimi uğurlar əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək. Düşünürəm ki, bu seçim partiyamızın irəli sürdüyü namizəd, cənab İlham Əliyev olacaq»-deyə, H.Babaoğlu vurğulayıb.

yap.org.az

Digər xəbərlər