Siyasət

  • 2 774

Mərkəz sədri: "Kremlin Şimali Qafqaz siyasəti tədricən üzə çıxır” MÜNASİBƏT

image

“Dağıstanla iqtisadi əlaqələri gücləndirməkdə İranın tarixə söykənili siyasi maraqlarının olduğunu ehtimal etmək olar”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, Şimali Qafqaz regionu üzrə Kremlin apardığı siyasətin bir qisim nəticələri tədricən üzə çıxır: “İlk əvvəl yalnız Çeçenistan beynəlxalq əlaqələrlə məşğul idi. Çeçenistanın başçısı R.Kadırovun qurduğu əlaqələrin böyük əksəriyyəti Ərəb dövlətləri, xüsusilə Səudiyyə Ərəbistanı ilə idi. Belə vəziyyət Çeçenistana ümumilikdə Şimali Qafqaza xüsusi mövqe qazandırırdı. Ehtimal ki, bunun qarşısını almaq üçün Kreml digər iki regionu - İnquşetiya və Dağıstanı da beynəlxalq əlaqələr prizmasından aktuallaşdırdı. İnquşetiya həm Suriya, həm də Səudiyyə Ərəbistanında iş aparmağa başlayıb. Bu faktiki olaraq Çeçenistanın payına şərik olma anlamındadır. İnquşetiyanın Suriyadakı proseslərə qoşulma payının artması çox ehtimal olunandır. Dağıstan isə hələlik yalnız İranla əlaqələrə malikdir. Dağıstandan İrana mal və qoyun əti göndərilməsi işi qurulub. Hər ay 600-700 ton soyudulmuş ətin göndərilməsi işi qurulub. Bu işlər Gizlər ət kombinatında görülür. Dağıstan respublikasının İrandakı ticarət təmsilçisi Emin Əliyev bu işin perspektivinə inanır: İranda ət çox bahadır. O hal-hazırda dondurulmuş halda Argentina və Braziliyadan gətirilir. İranda sanitar tələblər çox sərtdir. Digər dövlətlərdə belə tələb yoxdur.E.Əliyevin digər açıqlamasına görə İran Dağıstanda kənd təsərrüfatı məhsullarının emalı müəssisələrini aça bilər. Yaxınlarda Mazandaran, Gülüstan, Şərqi və Qərbi Azərbaycan əyalətləri ilə belə sənədlər imzalanacaq. İnvestisiya İranın olduğu üçün bütün birgə müəssisələr də xalis İrana məxsus olacaqdır.İran Dağıstanda düyü yetişdirəcəkdir.Ticarət nümayəndəsinin fikrincə, Dağıstan İrandan böyük turist axını gözləyir. Tehranla Mahaçkala arasında aviareysin olmaması bu işi yubadır. Ehtimal ki, Dağıstanla iqtisadi əlaqələri gücləndirməkdə İranın tarixə söykənən siyasi maraqları da var”.

sia.az

Digər xəbərlər