"Ermənistanda nasizm simvolları dövlət səviyyəsində təbliğ olunur"

Hitler Almaniyası üzərində tarixi qələbədən sonra hər kəsə elə gəlirdi ki, faşizm və nasizm əbədi olaraq keçmişdə qalıb. Bu gün isə biz əksini görürük. İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşən insanların xatirəsi təhqir olunur, onlara qoyulan abidələr dağıdılır. Xalqına xəyanətlə Hitler ordusunda vuruşaraq milyonlarla dinc insanın ölümünə səbəb olan nasistlər isə qəhrəmanlaşdırılır. Hətta nasizm simvolları dövlət səviyyəsində təbliğ olunur. III Reyxlə yaxından əməkdaşlıq edən Qaregin Njdeyə Ermənistanın mərkəzində abidə ucaldılması yanlış addımdır. Bu nasizmin təbliğatıdır.AZƏRTAC xəbər verir ki, Rusiya Federasiya Şurasının sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlovanın bu fikirləri “Nezavisimaya qazeta”da dərc olunan məqalədə yer alıb.Lyudmila Kozlova ümidvar olduğunu bildirib ki, Yerevanın rəsmi mövqeyində BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş, irqi ayrı-seçkilik, ksenofobiya və rasizm kimi meyillərlə mübarizəni özündə ehtiva edən qətnamə diqqət mərkəzində saxlanılacaq. Ermənistanda Qaregin Njdeyə abidə ucaldılması pis nümunədir. Bunun qarşısı alınmadıqca nasizm meyilləri digər ölkələrə də sirayət edəcək. Belə şəxslər təbliğ oluna bilməzlər. Təkcə Qaregin Njdenin rəhbərliyi altında erməni legionu 20 mindən çox dinc insanı qətlə yetirib. Onun əlləri babalarımızın qanına bulaşıb.Komitənin sədr müavini bu məsələnin ötən həftə Dumanın iclasında da müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, nasizmin baş qaldırması insan haqlarına ziddir və yolverilməzdir. Ona görə də rusiyalı politoloqlar “chang.org” platformasında Ermənistanda faşizmin “qəhrəmanlaşdırılması” əleyhinə petisiya yaradıblar. Sənədə qısa müddətdə 200 mindən çox imza atılıb. Ermənistanda isə bu etirazlardan nəticə çıxarmaq əvəzinə Njdeni qəhrəman kimi təqdim edərək özlərinə haqq qazandırmağa çalışırlar. Hətta “Çıxış” partiyasının Yerevan ağsaqqallar şurasında təmsil olunan üzvü Alen Simoyan “chang.org” platformasında petisiya açaraq Leninin dəfn edilməsi ilə bağlı tələb irəli sürüb. Ermənistan mətbuatı isə bunun yaxşı nəticələr verməyəcəyini proqnozlaşdırır.

sia.az