Siyasət

  • 2 866

Eldar İbrahimov: "Azərbaycanda İlham Əliyevin alternativi yoxdur" MÖVQE

image

“Ötən gün Yeni Azərbaycan Partiyasının VI Qurultayı çox yüksək səviyyədə keçirildi. Qurultayda təkcə partiya üzvlərinin deyil, bütün xalqın istəyi reallaşdı, Prezident İlham Əliyevin namizədliyi irəli sürüldü”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.Azərbaycan xalqının Prezidentinə böyük, sevgi və məhəbbətinin olduğunu deyən YAP idarə heyətinin üzvü bildirib ki, ölkəmizə sabitik, sülh, əmin-amanlıq, eləcə də inkişaf Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunub.E.İbrahimov söyləyib ki, Azərbaycanın gündən-günə inkişaf etməsi göz qarşısındadır: “Artıq bütün dünyanın gözü ölkəmizin artan inkişafındadır. Bunun nəticəsidir ki, ölkəmizə maraq artıb və Azərbaycan bir sıra mühüm layihələrin əsas iştirakçısına çevrilib. Bildiyiniz kimi neqativ amillər dünya iqtisadiyyatına öz təsirini göstərir. Lakin Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün neqativ halların qarşısını peşəkarlıqla alınır və iqtisadiyyatımız davamlı inkişaf edir”.Azərbaycan prezidenti ölkəmizin inkişafı istiqamətində bütün sahələri diqqət yetirir: “Görülən işlərin nəticəsidir ki, ölkəmizdə yüzlərlə məktəblər tikilib, təmir olunub, xəstəxanalar müasir standartlara uyğun olaraq avadanlıqlarla təchiz olunub, körpülər salınıb, ölkəmizin infrastrukturu tamamilə yenilənib”.Ölkəmizdə regionlarımızın sosial iqtisadi inkişafı ilə bağlı görülən işlərdən söz açan komitə sədri söyləyib ki, 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq. Regionların sosilal-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmiş, kənd yolları asfatlaşdırılmış, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub, rabitə sistemi yüksək səviyyədə qurulub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Regionlarda ən müasir tələblərə cavab verən yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilməsi əhalinin məşğulluğunu daha da artırıb”.E.İbrahimov qeyd edib ki, bütün görülən işləri, həyata keçirilən daxili və xarici siyasəti nərə aldıqda, bu gün Azərbaycanda İlham Əliyevin alternativi yoxdur: "İlham Əliyev yenidən Prezident olmalı, ölkəmizi daha da inkişaf etdirməlidir".

sia.az

Digər xəbərlər