Siyasət

  • 3 154

Musa Qasımlı: "İlham Əliyevin qələbə qazanacağı şəksizdir" AÇIQLAMA

image

"İlham Əliyevin namizədliyinin irəli sürülməsi tamamilə təbiidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, siyasi partiya mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan dövlətinin daha güclü olmasını, ölkəmizin sabit və davamlı inkişafını, xalqımızın daha yaxşı yaşamasını istəyən hər bir şəxsin bu hal ürəyindəndir: “Prezident İlham Əliyev Azərbaycan tarixində bir çox ilklərə imza atmış görkəmli dövlət və siyasi xadimdir. Onun seçkilərdə alternativi yoxdur və parlaq qələbə qazanacağı şəksizdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasını şərtləndirib. Azərbaycan dünyada ən sürətlə inkişaf edən və müasirləşən dövlətlər sırasında dayanır. Bu inkişaf isə yeni çağırışları və gerçəklikləri ortaya çıxarır ki, Azərbaycan dövləti də bu çağırışlara uyğun siyasi kurs həyata keçirir”.

sia.az

Digər xəbərlər