Siyasət

  • 3 469

Rövzət Qasımov: “MSK araşdırmalar aparır” EKSKLÜZİV

image

“2018-ci il aprel ayının 11-də Azərbaycan Respublikasında prezident seçkiləri keçiriləcək. Bununla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) özünün Fəaliyyət və Təqvim Planını təqdim edib. Həmçinin MSK-nın maarifləndirmə ilə bağlı da genişmiqyaslı proqramı olur ki, həmin proqram da bir sıra geniş layihələri əhatə edir”. Bunu SİA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin rəhbəri Rövzət Qasımov deyib.MSK rəsmisinin sözlərinə görə, bu layihələr də müxtəlif seçki iştirakçılarının maarifləndirilməsinə yönəlib: “Belə ki, burada polis nəfərlərinin, aşağı seçki komissiyası üzvlərinin, eyni zamanda seçkilərdə bu və ya digər şəkildə iştirak edən müxtəlif şəxslərin maarifləndirilməsi əsas prioritet olaraq qəbul olunur. Ümid edirik ki, bu, müvafiq qurumlarla həmin layihələr zamanında həyata keçiriləcək. Onu da qeyd etmək istərdim ki, aşağı seçki komissiyalarının hazırlıq məsələsi ilə bağlı da addımlar atılır. Belə ki, biz hər bir seçki ili ilin əvvəlindən aşağı seçki komissiyalarının hazırlıq vəziyyətinin monitorinqini həyata keçiririk. Bu il də məhz bu monitorinq həyata keçirilib və araşdırmalar aparılır. Yerlərdən toplanmış məlumatlar, müşahidə olunmuş hallar əsasında görüləcək tədbirlərin də siyahısı müəyyənləşdirilib. Artıq MSK bununla bağlı lazımi addımları atır”.

sia.az

Digər xəbərlər