Siyasət

  • 7 991

Nahid Bağırov: "Yeni ekskursiya marşrutları işlənib hazırlanır”

image

“Azərbaycanda yeni ekskursiya marşrutları və mövzuları işlənib hazırlanır”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov deyib.Onun sözlərinə görə, AzTA ölkədə ekskursiya bələdçilərinə təlabatı nəzərə alıb, öz nəzdində Bakı Ekskursiya Bürosu yaradıb. Respublikada turizm üzrə Strateji Yol Xəritəsi təsdiq olunub: “Həmin sənədə görə, Azərbaycan 2020-ci ildə hədəflərə çatmalı və dünyanın aparıcı turizm ölkəsinə çevrilməlidir.Assosiasiya rəhbəri bildirib ki, hazırda Azərbaycana daha çox turist cəlb etmək üçün sadələşdirilmiş viza prosedurası həyata keçirilir. "Ölkənin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsinin yaradılması və müasir turist yerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir".

sia.az

Digər xəbərlər