Siyasət

  • 3 383

Müşfiq Ələsgərli: “Azərbaycan Prezidentin dövründə regionun liderinə çevrilib” AÇIQLAMA

image

“Azərbaycanın son 15 il müddətində, yəni İlham Əliyevin prezidentliyi dövründə çox yüksək bir inkişaf yolu keçdiyini təkcə ölkə daxilindəki mənbələr deyil, beynəlxalq analitik mərkəzlər də etiraf edirlər. Bu inkişaf siyasi, iqtisdi, enerji və təhlükəsizlik sahələri daxil olmaqla, bütün sferaları əhatə edir”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Sədr müavinin sözlərinə görə, bu müddət ərzində Azərbaycan təkcə öz iqtisadi dayaqlarını, enerji təhlükəsizliyini möhkəmləndirən addımlar atmayıb, həm də, iqtisadi baxımdan bütün regionun taleyini dəyişəcək layihələrə müəlliflik edib, onları gerçəkləşdirib: “Yəni Azərbaycan İlham Əliyevin prezidentliyi dövründə regionun liderinə çevrilib, dünyanın siyasi, iqtisadi, enerji təhlükəsizliyi mənzərəsini dəyişə bilən bir gücə sahib olub. Dünyanın mənzərəsini dəyişən nəqliyyat layihələri, enerji layihələri məhz Azərbaycanın və məxsusi olaraq İlham Əliyevin iradəsi nəticəsində reallığa çevrilib. Bütün bunlar beynəlxalq analitik mərkəzlər tərəfindən etiraf edilir. Mən burada bir məqama da diqqət yetirilməsini vacib sayıram: Azərbaycanın yerləşdiyi region dünyanın ən ziddiyyətli regionudur; münaqişələrin bol və aktiv olduğu bir bölgədir. Müharibələr, dağıntılar, insan qırğınları ətraf region üçün bir bəlaya çevrilib. Bu dövrdə Azərbaycanda sabitliyin qorunub saxlanılması, ölkəmizin təlatümlərdən yan keçməsi yalnız İlham Əliyevin müəyyən etdiyi siyasi kurs nəticəsində mümkün olub.Məncə, sabitliyə, inkişafa tərəfdar olan bütün vətəndaşlar, seçicilər bu siyasi kursun davamına, İlham Əliyevin yenidən prezident seçilməsinə səs verəcəklər. Bu arada mən media ictimaiyyətinin də fikirlərini ifadə etmək istərdim. Azərbaycan mediası məhz bu 15 il müddətində özünün ən yüksək inkişaf mərhələsinə qədəm basıb. İlham Əliyev prezidentliyi dövründə medianın inkişafına aid ən çox sərəncam imzalamış bir şəxsdir. Bu baxımdan hesab edirəm ki, media ictimaiyyəti də İlham Əliyevin, jurnalistlərin dostunun növbəti dövrdə prezidentlik fəaliyyətinin davamına səs verəcəklər”.

sia.az

Digər xəbərlər