"Ermənistanda insanlar bir parça çörəyə möhtacdır"

“Ümumiyyətlə, Ermənistanda əhalinin sayının sürətlə azalmasında təəccüblü heç nə yoxdur. Bu gün Ermənistan dövləti elə bir vəziyyətdədir ki, orada insanların normal şəraitdə yaşaması üçün belə şərait yoxdur”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, işğalçı ölkədə vəziyyət o qədər acınacaqlıdır ki, hətta insanlar bir parça çörəyə belə möhtacdırlar: “Çünki ölkənin iqtisadiyyatı sıfır dərəcəsindədir. Bütövlükdə ölkənin ən əsas iqtisadi sferaları başqa ölkələrin, şirkətlərin nəzarəti altındadır. Ona görə də ağlı başında olan ermənilər sadəcə olaraq öz ölkələrini tərk edib başqa ölkələrdə bir parça çörək qazanmağın dalınca gedirlər. Yəni bu təbii haldır. Ermənistana nə qədərki bu cür qapalı insanlar rəhbərlik edir normal, ağlı başında olan ermənilər o ölkədə qalıb yaşayan deyillər. Sadəcə olaraq insanlar həyat, yaşayış, yaşamaq uğrunda mübarizə aparırlar. Xatırladım ki, SSRİ dağılanda Ermənistanda 2,7 milyon əhalisi var idi. Bu gün artıq faktiki olaraq o əhali nəinki artmayıb əksinə 1 milyon nəfərə qədər azalıb. Müqayisə üçün deyim ki, SSRİ dağılanda Azərbaycanın 7,5 milyon əhalisi var idi. Amma bu gün bizim əhalimizin sayı 10 milyona yaxınlaşıb. Bax, görürsünüz ki, ölkəmizlə Ermənistan arasında müqayisə apararkən Ermənistan üçün acı bir gerçəyi ortaya qoyur. Yəni Azərbaycan inkişaf edir, iqtisadiyyatı güclənir amma Ermənistan günü-gündən uçuruma gedir”.Qeyd edək ki, Emənistan əhalisinin sayı 2018-ci ilin 1 yanvarında 2 972,9 milyon nəfər olub. Statistika Xidməti bu göstəricinin keçən ilin analoji dövrü ilə müqayisədə 13,2 min nəfər az olduğunu bildirib. Buna səbəb mənfi miqrasiya saldosunun əhalinin artım tempini üstələməsidir. Ölkədə həmçinin artım 13,9 min nəfərdən 10,3 min nəfərə qədər aşağı düşüb. 2017-ci il ərzində Ermənistanda doğuşların sayı 7,1% azalıb, ölüm halları isə 3% artıb.