Siyasət

  • 3 101

Ekspert: “Radikalların bütün bu xəyalları puç oldu” MÜNASİBƏT

image

“Seçkilərin 6 ay önə çəkilməsi sırf texniki məsələdir və ilin böyük hissəsinin dövlət üçün strateji olan digər məsələlərə həsr olunması məqsədini daşıyır”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.Onun sözlərinə görə, sadəcə olaraq bizim bəzi müxalifət nümayəndələri və xaricdə erməni lobbisinin “qucağında” oturanlar hər zamankı kimi bu dəfə də sifarişlər gözləyirdilər: “Bir çoxları hətta iyun ayından etibarən erməni lobbisi tərəfindən külli miqdarda vəsaitlə təmin olunacaqlarına da əmin idilər. Lakin bütün bu xəyallar puç oldu. Yenə də seçkilərdə iştirak etmək üçün kifayət qədər imkan var. Kim xalq arasına öz potensialına güvənirsə o da seçkilərdə iştirak edəcək. Kim ilkin tələb olunan cuzi imzanı toplaya bilməyəcəksə o elə boykot etsə yaxşıdır. Məsələ burada siyasi çəkidən, cəmiyyətdəki nüfuzdan gedir. Kim öz imkanlarına, şəxsi keyfiyyətlərinə, xalq arasındakı nüfuzuna güvənirsə o da namizədliyini verəcək”.

sia.az

Digər xəbərlər