Siyasət

  • 3 308

Zeynal Nağdəliyev :"Prezident seçkilərində 1000 veb-kamera quraşdırılacaq"

image

Aprelin 11-də keçiriləcək prezident seçkilərində 1000 veb-kamera quraşdırılacaq.SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.Z.Nağdəliyev bildirib ki, Azərbaycanda seçkilərdə 1000 veb-kameralar quraşdırılır: "Qarşıdan gələn prezident seçkilərində də bu sayda veb-kamera quraşdırılacaq ki, dünyanın hər yerindən hər kəs seçkiləri izləyə bilsin. Kameralara özümüz də baxırıq, nöqsanları qeydə alırıq, səslərin hesablanması zamanı kameralar həmin nöqtəyə tuşlanır".O vurğulayıb ki, seçkilərin yüksək səviyədə keçirilməsində dairə seçki komissiyalarının sədrlərinin böyük rolu var: "Əsas vəzifəmiz ondan ibarətdir ki, demokratik və şəffaf seçkilər keçirməklə ölkəmizin nüfuzunu qoruyub saxlayaq və daha da artıraq, əvvəlki təcrübəyə əsaslanaraq seçkiləri daha mütəşəkkil və şəffaf keçirək”.

sia.az

Digər xəbərlər