Siyasət

  • 2 881

"Ermənistan bundan sonra da təcrid olunacaq" AÇIQLAMA

image

“Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, hər bir layihdə olduğu kimi bu layihədə də Ermənistan kənarda qalacaq: “Ermənistanın kənarda qalmasının səbəbi Yerevanın təcavüzkarlıq siyasətindədir. Əgər Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal etməsəydi, ermənilərin sosial-iqtisadi şəraiti fərqli olardı. Bu dəhlizin işə düşməsi Azərbaycana böyük gəlirlər gətirəcək. Ölkəmizin strateji mövqeləri güclənəcək, beynəlxalq əhəmiyyəti artacaq, əhalinin həyat şəraiti daha da yaxşılaşacaq”.

sia.az

Digər xəbərlər