Siyasət

  • 4 232

BAXCP rəsmisi: ““Trollar” anlayışını Azərbaycana Əli Kərimli gətirib”

image

“Ümumiyyətlə müxalifətin sosial şəbəkələrdə 11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərini boykot etməsi heç bir əhəmiyyət kəsb etmir”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı deyib.Sədr müavinin sözlərinə görə, onların yazdıqları statuslar, çağırışlar yalnız öz tərəfdarları tərəfindən dəstəklənir: “Yəni bunu da əsasən özlərinin yaratdığı saxta profillər vasitəsilə həyata keçirirlər. “Trollar” anlayışını Azərbaycana Əli Kərimli gətirib. Saxta profillərin idarə olunması, ictimaiyyətdə saxta fikir formalaşması məhz Əli Kərimlinin xidmətidir. Bu gün də bu şəxs öz ənənəsini davam etdirir. Bu gün cənab Prezident İlham Əliyevi dəstəkləyən insanlar kifayət qədərdir. Həmin dəstəkləyən insanların da sosial şəbəkələrdə öz rəsmi və profili vardır. Belə olan halda böyük dəstək itirəcəyini düşünən Əli Kərimli konkret olaraq narahatçılığından şantaj yoluna əl atıb. Guya sosial şəbəkələrdə olan profillər saxtadır və s. Bunun qətiyyən əsası yoxdur. Orada olan insanlar real şəxslərdir. Sadəcə olaraq Əli Kərimli onların kütləviliyini görüb şantaj etmək istəyir. Əli Kərimlinin, radikal müxalifətin, Müsavatın sosial şəbəkədə çox az şəxslərlə təmsil olunur. İndiki zamanda bunlar minlərin, on minlərin qarşısında aciz qalıblar. Bu gün faktdır ki, on minlərlə sosial şəbəkə üzvləri açıq şəkildə cənab İlham Əliyevə öz dəstəyini nümayiş etdirir. Əli Kərimlinin, radikal müxalifətin, Müsavatın boykot taktikası seçki marafonuna hər hansı bir təsir etməyəcək. Əli Kərimli 25 ildə bir dəfə də olsun namizəd olmayıb”.

sia.az

Digər xəbərlər