Siyasət

  • 3 071

Politoloq: “ABŞ Türkiyənin problemlərini artırmağa çalışacaq”

image

“Vaşinqton Türkiyəni itirməkdə olduğunun fərqində deyil. Deməli ABŞ müdafiə naziri Mettis türkiyəli həmkarı ilə görüşdə deyib ki, gəlin PKK ilə PYD-ni bir-biri ilə savaşdıraq. Guya söhbət iki fərqli terrorçu qrupdan gedir. Harada görünüb ki, təşkilat özü ilə mübarizə aparsın. Liderləri də, amalları da eynidir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, ikinci qəribə fikri ABŞ-ın dövlət katibi Reks Tillerson səsləndirib: “Ankaraya ayaq basmadan öncə səfərdə olduğu Beyuitda deyib ki, məgər biz Suriyadakı kürdlərə ağır silahlar vermişik, indi onu geri alaq? Söhbət Türkiyənin tələbindən gedir ki, suriyalı kürdlərə verdiyiniz silahı geri alın. Geri almaq qalsın bir yana, hələ terrorçulara əlavə maliyyə yardımı ayırıblar.Belə görünür ki, Tramp administrasiyasının Türkiyə siyasəti düzəlməyəcək. Tillerson da gəldiyi kimi gedəcək. Vətəndaş Həmrəyliyi Partiyasında Türkiyənin Afrin əməliyyatı barədə konfrans düzənləndi. Məruzəçi olduğum bu tədbirdə də söylədim ki, Afrin əməliyyatı uzandıqca Amerika Türkiyənin problemlərini artırmağa çalışacaq”.

sia.az

Digər xəbərlər