Siyasət

  • 4 096

Akif Əlizadə: "Azərbaycanda uzunömürlü insanların sayı artıb"

image

"Azərbaycanda Səhiyyə Nazirliyi ilə AMEA-nın şərikli uzunömürlü laboratoriyası yaradıla bilər". SİA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.A.Əlizadə bildirib ki, bu gün Azərbaycanda uzunömürlü insanların sayı artıb: "Tibb elmi akademiyada əsaslı şəkildə inkişaf edib. Azərbaycanda çox güclü tibb elmi məktəbləri yaradılıb".AMEA-nın prezidenti əlavə edib ki, elmi tədqiqatların gələcək inkişafı bilavasitə unikal elmi cihazlardan istifadə ilə bağlıdır. Bunun tibb sahəsi üçün xüsusilə aktual olduğunu deyən akademik AMEA ilə Səhiyyə Nazirliyi arasında cihaz və avadanlıqların istifadəsi sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsini vacib sayıb.O, qeyd edib ki, tibb sahəsində kompüter texnologiyası geniş istifadə edilməlidir.A.Əlizadə bildirib ki, son 10 ildə AMEA-nı elmi avadanlıqları yenilənib: "Səhiyyə sahəsində də bu işlər aparılır. Çünki, dövlət səhiyyə sahəsinə böyük diqqət göstərir".

sia.az

Digər xəbərlər