Siyasət

  • 4 137

Suraxanı rayonunda prezident seçkiləri ilə əlaqədar hazırlıqlara start verilib

image

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsi prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verilib. SİA-ya verilən məlumata görə, seçki prosesi ilə əlaqədar olaraq rayon şöbəsində 19 nəfər tərkibdə Seçki Qərargahı yaradılıb.Fevralın 16-dan etibarən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin seçkilərdə namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına başlanılıb. Qeyd edək ki, Suraxanı rayonu üzrə 3 Seçki Dairəsi fəaliyyət göstərir. 30 saylı Suraxanı birinci Seçki Dairəsi üzrə seçicilərin sayı 40065, məntəqələrin sayı 27, 31 saylı Suraxanı ikinci Seçki Dairəsi üzrə seçicilərin sayı 39284 nəfər, məntəqələrin sayı 32, 32 saylı Suraxanı üçüncü Seçki Dairəsi üzrə seçicilərin sayı 39946, məntəqələrin sayı isə 30-dur.Dairələr üzrə 30 saylı Suraxanı birinci Seçki Dairəsi üzrə 350 imza, 31 saylı Suraxanı ikinci Seçki Dairəsi üzrə 450 imza, 32 saylı Suraxanı üçüncü Seçki Dairəsi üzrə 400 imza toplanacaq.Hazırda YAP Suraxanı rayon şöbəsinin Seçki Qərargahında seçkilərdə Yeni Azərbaycan Partıyasını təmsil edəcək məşvərətçi və müşahidəçilərin sənədləri hazırlanır. Həmçinin, seçkidə ilk dəfə iştirak edəcək gənclərin adları müəyyənləşdirilib, seçicilərin siyahıları dəqiqləşdirilir.Seçki məntəqələrinə rayon təşkilatı tərəfindən baxış keçirilir.

sia.az

Digər xəbərlər