Siyasət

  • 4 345

Novruz Məmmədov telejurnalistin fikirlərinə sərt reaksiya verib

image

Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov rusiyalı telejurnalist Aleksandr Nevzorovun ölkə başçısı İlham Əliyevlə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib. SİA-nın verdiyi məlumata görə, bu barədə N.Məmmədov özünün “facebbok” hesabında yazıb: "Düşünürəm ki, Nevzorov heç vaxt dərk etməyəcək ki, o, nəinki natamam şəxsiyyət deyil, sadəcə anomal ünsürdür, o "human being” dir. O qədər anomaldır ki, yaratmaq istədiyi istənilən şey 600 saniyə sonra ölür. Yaxşı olardı ki, o, psixiatriya klinikasında "yaratsın”. Orada onu "başa düşərlər”.PS: Lakin bu Nervozov, görünür, yaxşı bilir hansı "xidmətlər” üçün kimin qarşısında oynamaq lazımdır”.Qeyd edək ki, rus jurnalist Prezident İlham Əliyevin "İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq” fikirlərini həzm edə bilməyib və bununla bağlı kobud şəkildə fikirlərini ifadə etmişdi.

sia.az

Digər xəbərlər