Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib

Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib.11 Aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası Prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi məqsədi ilə seçici imzalarının toplanması prosesinə başlanılmışdır.

Hacıqabul rayonu ərazisində 58 saylı Hacıqabul-Kürdəmir DSK fəaliyyət göstərir. Ümumilikdə rayon üzrə 450 imzanın toplanması nəzərdə tutulmuşdur. Bu işlə əlaqədar 9 nəfərdən ibarət imzatoplayan qrup hazırlanmış və onlarla treninqlər keçirilmişdir.
Hacıqabul rayonunda imzatoplama perosesi 2 gün müddətində başa çatacaqdır. Seçici imzaları Hacıqabul şəhəri və rayonun bir neçə kənd və qəsəbələrində həyata keçiriləcəkdir.

yap.org.az