YAP Cəlilabadda imzatoplama kampaniyasını uğurla başa vurdu

11 aprel 2018-ci ildə keçiriləcək prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin müdafiəsi üçün Cəlilabad rayonunda imzatoplama kampaniyası uğurla başa çatıb. YAP Cəlilabad rayon təşkilatının aparatından SİA-ya verilən məlumata görə, bu məqsədlə əvvəlcədən nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq imzatoplama kompaniyasında iştirak edəcək partiya fəallarının tərkibi müəyyənləşdirilib, onlarla treninqlər keçirilib, qarşıda duran vəzifələr onlara izah olunub, imzatoplama qaydaları haqqında ətraflı məlumat, tövsiyə və təlimatlar verilib.Cəlilabad rayonu üzrə fəaliyyət göstərən 3 seçki dairəsinin əhatə etdiyi yaşayış məntəqələrində keçirilən imzatoplama kampaniyasında vətəndaşlar yüksək fəallıq nümayiş etdiriblər. Bundan əvvəlki referendum və seçkilərdə mütəşəkkillik və siyasi fəallıq nümayiş etdirən cəlilabadlıların mütləq əksəriyyəti 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində də fəal iştirak etmək üçün seçki məntəqələrinə gedəcəklərini bildiriblər.

sia.az