Siyasət

  • 3 931

Qubada imzatoplama kampaniyasına start verildi

image

11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Quba rayon şöbəsində qərargah yaradılıb və qərargahının fəaliyyət proqramı təsdiq edilib. Fəaliyyət proqramına uyğun olaraq 19 nəfərdən ibarət seçki qərargahı yaradılıb. Qərargahın texniki təchizatı yaxşılaşdırılıb, normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. Qərargah üzvləri ilə treninqlər keçirilib. 11 aprel 2018-ci ildə Prezident seçkilərinə hazırlıqla əlaqədar rayonda bütün seçki məntəqələri fəaliyyətə başlayıb, seçici siyahıları dəqiqləşdirilib, məntəqələrin texniki təchizatı təmin olunub. Seçki qərargahının 19 nəfərdən ibarət forma üzrə siyahısı, rayonunda fəaliyyət göstərən 52 saylı Quba, 53 saylı Quba-Qusar seçki dairələrini əhatə etməklə 18 nəfərdən ibarət seçici imzası toplayacaq şəxslərin forma üzrə siyahısı hazırlanaraq YAP İcra katibliyinə göndərilib.Yeni Azərbaycan Partiyasının Quba rayon şöbəsində imzatoplama kampaniyasına uğurlu start verib. 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası Prezidentliyinə namizədi Cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi üçün seçici imzalarının toplanması prosesinə başlanılıb.Quba rayonu ərazisində 52 saylı Quba, 53 saylı Quba-Qusar dairə seçki komissiyaları fəaliyyət göstərir. Ümumillikdə rayon üzrə 900 imzanın toplanması nəzərdə tutulmuşdur. Bu işlə əlaqədar 18 nəfərdən ibarət imzatoplayan qrup hazırlanmış və onlara treninqlər keçirilmişdir. Quba rayonunda imzatoplama prosesi uğurla davam etdirilir. Seçici imzalarının toplanması Quba rayonunu əhatə edən 52 saylı Quba və 53 saylı Quba-Qusar seçki dairəsi ərazisində həyata keçirilir.

sia.az

Digər xəbərlər