Siyasət

  • 4 501

YAP-ın Ağstafa rayonunda uğurlu imzatoplama kampaniyası

image

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin müdafiəsi üçün başlanan imzatoplama kampaniyası Ağstafa rayonunda yüksək mütəşəkkillik və əhval-ruhiyyədə baş tutub. 18 fevral 2018-ci il tarixdə Ağstafa rayonunda imzatoplama kampaniyası 108-saylı Ağstafa və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsini əhatə edən kənd və qəsəbələrdə davam etdirilib. YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsi tərəfindən müəyyən edilmiş imzatoplayan şəxslər kənd və qəsəbələrə gedərək evlərdə imza toplamışlar.
İnsanlar cənab İlham Əliyevin müdafiəsi üçün xoş əhval-ruhiyyədə imza veriblər.

sia.az

Digər xəbərlər