Siyasət

  • 5 098

YAP Naftalan rayon təşkilatı imzatoplama kampanyasını uğurla davam etdirir

image

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş YAP Sədri, Prezident İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası Naftalanda da uğurla davam edir.Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatının seçki qərərgahı ilk iclası keçirib. İclasda çıxış edənlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi bu seçkilərə də yüksək səviyyədə hazırlaşır. Eyni zamanda YAP Naftalan şəhər təşkilatı da növbəti prezident seçkilərinə yüksək səviyyədə hazırlaşır.Qeyd edilib ki, YAP Naftalan şəhər təşkilatının Seçki Qərargahının 11 nəfər üzvü var. Seçki Qərargahının üzvüləri arasında iş bölgüsü aparılıb və sonrakı mərhələlərdəki fəaliyyətlə bağlı tədbirlər planı hazırlanıb.İclasda o da bildirilib ki, Naftalan şəhəri ərazisində 96 saylı Goranboy–Naftalan seçki dairəsi üzrə 5 seçki məntəqəsi yerləşir. Naftalan şəhəri üzrə 4930 seçici qeydiyyatdadır. Vurğulanıb ki, Naftalan seçiciləri həmişə olduğu kimi bu dəfədə fəallıq göstərəcəklər.

yap.org.az

Digər xəbərlər