Siyasət

  • 3 685

Laçınlılar imzatoplama kampaniyasında fəal iştirak edirlər

image

Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş YAP Sədri, Prezident İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib. Kampaniyanın başlanması ilə əlaqədar YAP Laçın rayon təşkilatının seçki qərərgahında iclas keçirilib. İclasda çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, seçki qərargahı növbəti mərhələyə start verib. Bu günə qədər partiyamızın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlərin uğurla həyata keçirildiyini söyləyən İlqar İlyasov deyib ki, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin müdafiəsi üçün imzatoplama kampaniyasına cəlb olunmuş partiya fəalları bu mərhələni də uğurla başa vuracaqlar.
YAP Laçın rayon təşkilatının seçki qərərgahından verilən məlumata görə laçınlılar imzatoplama kampaniyasında fəal iştirak edirlər.

yap.org.az

Digər xəbərlər