Siyasət

  • 8 115

Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir” MÖVQE

image

Azərbaycanın təşəbbüsü və iştirakı ilə daha bir regional format yaranır. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, martın 6-da Bakıda Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələr keçiriləcək. Siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Ukrayna xarici işlər nazirinin müavini Vasiliya Bodnarın və Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçının rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edəcəklər. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılmasının əhəmiyyəti ilə bağlı SİA-ya açıqlama verən politoloq Arzu Nağıyev deyib ki, belə bir formatın yaradılması bir daha göstərir ki, beynəlxalq iqtisadi, siyasi və digər məsələlərdə Azərbaycan mühüm bir tərəfdaş və ümumiyyətlə əsas portnyora çevrilir. Yəni ən əhəmiyyətli beyənəlxalq layihələrin həyata keçirilməsi üçün Azərbaycanın rolu danılmazdır. Məlumdur ki, bu dövlətlər arasında istər Azərbaycan -Türkiyə, Azərbaycan -Ukrayna,Ukrayna -Türkiyə formatında da birgə maraqlar mövcuddur. Bu həm siyasi, həm ərazi bütövlüyü, həm də ən əsası iqtisadi maraqlardır. Bu dövlətlərin Şimal-Cənub, Qərb -Şərq layihələri çərçivəsində də birgə fəaliyyətlərinə təkan verəcəkdir. Yəqin ki yaxın gələcəkdə xarici işlər nazirlikləri çərçivəsində müzakirələr aparılacaq və sonradan yüksək səviyyədə qərarlar qəbul ediləcəkdir”.

sia.az

Digər xəbərlər