YAP-ın imzatoplama kampaniyası Tərtərdə də uğurla davam edir

Ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası Tərtərdə də uğurla davam edir. YAP Tərtər rayon təşkilatının seçki qərargahından verilən məlumata görə, öncə kampaniyada iştirak edəcək qərargah üzvləri və partiya fəallarına proses haqqında məlumat verilib, imzatoplama zamanı diqqət yetiriləcək qaydalar nəzərə çatdırılıb.Daha sonra YAP Tərtər rayon təşkilatında yaradılmış seçki qərargahında fəaliyyət göstərən mobil qruplar rayonda yerləşən seçki dairələri üzrə imzatoplama kampaniyasına başlayıblar. O da bildirilib ki, YAP rayon təşkilatı seçici imzalarının toplanılmasına 12 nəfər gənc fəal partiya üzvü cəlb edilib.İmzatoplama kampaniyasının uğurla başa çatdırılmasını təmin edəcək bütün tədbirlər və hazırlıq işləri görülüb.

sia.az