Elxan Şahinoğlu: “Həmsədrlər bölgəyə ləziz yeməklərdən dadmağa gəlirlər” MÜNASİBƏT

Bu il ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayıracaq. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşikin ofisinin büdcəsi isə 1 241 300 avro təşkil edəcək. Müqayisə üçün bildirək ki, ötən il də Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayırılmışdı, A.Kaspşikin ofisinin büdcəsi isə 1 235 800 avro idi.Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, elə buna görə də ATƏT-in Minsk Qrupunun fəaliyyətində irəriləyiş yoxdur: “Yaxşı maaş alırlar, gəlirlər bölgəyə ləziz yeməklərdən dadırlar, əvəzində münaqişənin həllində ciddi addımlar atmırlar. Həmsədrlərin ən böyük problemi odur ki, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyurlar”.Xatırladaq ki, bu il fevralın 15-də ATƏT-in Daimi Şurası Vyanada təşkilatın 2018-ci il üçün büdcəsini təsdiq edib. 2018-ci il yanvarın 1-dən dekbarın 31-dək olan dövr üçün təşkilatın ümumi büdcəsi 137 801 200 avro olacaq. ATƏT-in Daimi Şurasına təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir. ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir.

sia.az