Siyasət

  • 4 117

YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını başa çatdırıb

image

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində partiyamızın Azərbaycan Respublikası prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesini başa çatdırıb.YAP Pirallahı rayon təşkilatının seçki qərargahının 7 nəfər imzatoplayan fəalı 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi üzrə yaşayan sakinlərdən 350 imza toplayıb. Qeyd edək ki, Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edilib.

yap.org.az

Digər xəbərlər