Siyasət

  • 3 647

Sənədlərin MSK-ya təqdim edilməsi prosesi başlayıb

image

Bu gündən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər. SİA-nın verdiyi məlumata görə, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.Qeyd edək ki, bu günədək 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

sia.az

Digər xəbərlər