Siyasət

  • 3 719

Azərbaycan və Ukrayna gəncləri dünya birliyindən Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasını istəyiblər

image

Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirib.

Tədbirdə səfirliyin nümayəndələri, Azərbaycanın və Ukraynanın fəal gəncləri, diaspor rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Kiyevdə təhsil alan xarici tələbələr iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımı ilə bağlı çəkilmiş sənədli film nümayiş etdirilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Krım Xəbər Agentliyinin rəhbəri Gayana Yüksel və digər natiqlər Xocalıda baş verənlərin bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu deyərək vurğulayıblar ki, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün soyqırımı törədənlər mütləq cəzalandırılmalıdır. Bildirilib ki, Xocalıda törədilən soyqırımına görə heç kəsin məsuliyyətə cəlb edilməməsi ədalətsizlikdir. Baş verənlərə görə cəzasızlıq regionda sülhün əldə edilməsinə və ədalətin bərpa olunmasına əsas maneədir.
Xocalıda ermənilərin törətdikləri soyqırımının beynəlxalq səviyyədə tanınması uğrunda Azərbaycan dövlətinin başladığı kampaniya son illər bir sıra dövlətlər tərəfindən dəstəklənib. Eləcə də bir sıra ölkələrin qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. Bu amil ədalətin bərpa olunacağına, günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümid yaradır.
Sonra tədbir Xocalı soyqırımı ilə bağlı müxtəlif mövzularda panellərlə davam edib. Panellərdə fəal gənclər Xocalı soyqırımı ilə bağlı tarixi faktlara əsaslanan mövzular ətrafında müzakirələr aparıblar. Gənclər dünya birliyindən Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasını istəyib və bununla bağlı müraciət qəbul ediblər.

yap.org.az

Digər xəbərlər