Gəncəlilər YAP-ın imzatoplama kampaniyasında fəal iştirak edirlər

Azərbaycan Respublikasında 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin namizədliyinin qeydə alınması üçün Gəncə şəhərində imzatoplama kampaniyası yüksək mütəşəkkillik şətaitində davam etdirilir.

YAP Gəncə şəhər təşkilatının seçki qərargahının imzatoplayan fəalları 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsi, 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsi, 39 saylı Kəpəz rayon Birinci (Gəncə) Seçki Dairəsi və 40 saylı Kəpəz İkinci(Gəncə) Seçki Dairəsi üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün yüksək fəallıq və işgüzarlıq göstəriblər.
İmzatoplayan fəallar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir sakinlə fərdi qaydada görüşür, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edir, vətəndaş isə imzasını atıb, günün tarixini qeyd ediblər.

yap.org.az