Siyasət

  • 4 578

Demokratik seçkilərin keçirilməsi təcrübəsi ildən-ilə təkmilləşdirilir

image

Fevralın 20-də 13 saylı Xəzər–Pirallahı və 14 saylı Xəzər seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar keçirilib. Kurslarda çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev seçkilərin şəffaf şəkildə keçirilməsində dairə seçki komissiyalarının və məntəqə seçki komissiyalarının üzərinə böyük məsuliyyətin düşdüyünü deyib. MSK-nın üzvü təşkil edilən bu kursların böyük əhəmiyyətinin olduğunu qeyd edib.MSK-nın üzvü Tofiq Həsənov bildirib ki, hər bir dövlət nümunəvi və demokratik seçkilərin keçirilməsi üçün öhdəlik daşıyır. Şəffaf seçkilərin keçirilməsi üçün isə həmin dövlət güclü hüquqi bazaya malik olmalıdır. Azərbaycanın bu prosesə tam hazır olduğunu deyən MSK üzvü dövlətimizin mükəmməl Konstitusiyaya və qanunvericiliyə malik olduğunu vurğulayıb. O vurğulayıb ki, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün məntəqələrin əksəriyyətində veb-kameralar quraşdırılıb.Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradov qeyd edib ki, polisin əsas vəzifələrindən biri ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaqdır. Daxili İşlər Nazirliyi seçki prosesinə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində seçki komissiyaları ilə qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərəcək.Dairə seçki komissiyalarının sədrləri Mütəllim Balaqardaşov və İmran Qəmbərov çıxış edərək kursların əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, respublikamızda demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza var. Ölkəmizdə demokratik seçkilərin keçirilməsi təcrübəsi ildən-ilə təkmilləşdirilir. Qarşıdan gələn seçkilər də tam azad, şəffaf və demokratik şəraitdə keçiriləcək.Qeyd edək ki, 13 saylı Xəzər–Pirallahı seçki dairəsi üzrə 37 seçki məntəqəsi təşkil olunub. Onların 14-də veb-kamera quraşdırılıb. 44 min 140 nəfərin adı seçici siyahısında qeydə alınıb.14 saylı Xəzər seçki dairəsi üzrə isə 36 açıq, 5 qapalı seçki məntəqəsi təşkil olunub. Açıq seçki məntəqələrinin 10-da veb-kamera quraşdırılıb. 5 min 786 nəfər seçicinin adı siyahıya salınıb.Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

sia.az

Digər xəbərlər