Siyasət

  • 4 015

Musa Quliyev: “Dünya Xocalı soyqırımına qiymət verməlidir” AÇIQLAMA

image

“Biz Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə kifayət qədər çatdırmışıq. Xüsusilə, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə çox ciddi diqqət yönəldilib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.Deputatın sözlərinə görə, ilk dəfə olaraq Ulu Öndərin təklifi, təşəbbüsü ilə Milli Məclis bu məsələni müzakirə edib və qərar qəbul edib: “Ondan sonra bir neçə dəfə Milli Məclis tərəfindən qərarlar qəbul olunub. Eləcə də hökumətin müxtəlif qərarları olub və cənab Prezident İlham Əliyevin Sərəncamları olub. Bundan sonra hər il Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əmri ilə Komissiya yaranır, işlər görülür və ölkə daxilində maarifləndirmə işləri aparılır. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərsliklərdə Xocalı soyqırımı məsələsi öz əksini tapıb. Məktəblərdə daim bu barədə təbliğat işləri görülür. Televiziyalarımız, kütləvi informasiya vasitələrimiz lazımi işlər görürlər. Eyni zamanda ölkə xaricində də Xocalını tanımaq və tanıtmaqdan ötrü, eləcə də Azərbaycan xalqına qarşı erməni soyqırımını pisləmək və ona qiymət verməkdən ötrü də ardıcıl tədbirlər görülür. Bu istər Milli Məclisin, Azərbaycan Xarici İşlər Nazirliyinin, istərsə də qeyri-hökumət təşkilatlarının xətti ilə baş tutur. Məhz bunun da nəticəsidir ki, dünyanın artıq 12 dövləti öz parlamentlərinin qərarı səviyyəsində Xocalını soyqırım aktı kimi tanıyıblar və bu soyqırımı pisləyən bəyanatlar qəbul ediblər. ABŞ-ın 30-a yaxın ştatı artıq Xocalı qətliamını soyqırımı kimi qəbul edib. Bu proses davam edir. Təbii ki, bu çətin bir prosesdir. Bunu qısa müddət ərzində bütün dünyaya yaymağın özü belə həm çətin, mürəkkəb işdir, həm də bildiyiniz kimi bizim əleyhdarlarımız var. Buna baxmayaraq cənab Prezidentin iradəsi ortadır.Azərbaycan xalqı öz haqqını tələb edir və dünyanı bu məsələyə cəlb etməkdə haqlıdır. Bu tək Azərbaycan xalqının haqqı demək deyil, həm də sülhsevər bəşəriyyətin haqqı və eyni zamanda vəzifəsidir ki, dünyada Xocalı kimi soyqırımları bir daha təkrar olunmasın. Vətəndaşları, insanları milli, dini mənsubiyyətinə görə qətl etməsinlər. Məhz buna görə dünyanın Xocalıya qiymət verməsi lazımdır. Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması lazımdır”.

sia.az

Digər xəbərlər