Siyasət

  • 4 095

Politoloq: “ATƏT-in fəaliyyətinin dondurulması tələb olunmalıdır” MÖVQE

image

“Fransa Xarici İşlər Nazirliyinin separatçı Qarabağ rejiminin 30 illiyi münasibəti ilə təbrik məktubu beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin ehtiyatlı cavab açıqlamasını doğru hesab etmirəm: “Fransanın bu addımına qarşı ən sərt və kəskin nota verilməlidir. Hesab edirəm ki, Azərbaycan Fransa ilə münasibətlərə yenidən baxmalıdır. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna rəhbərlik edən ölkənin Xarici İşlər Nazirliyi tərəfindən verilən bu bəyanat hüquqi müstəvidən başqa etik normalara da uyğun deyil. Münaqişənin başlandığı gündən və daha öncə separatizmə dəstək verən bir ölkənin bu münaqişənin həllində iştirak etməsi məntiqi olaraq yanlış bir qərardır. Separatçı rejimə maddi və mənəvi dayaq olan bir ölkə münaqişənin həllində ədalətli orbit rolunu oynaması absurdur. Hesab edirəm ki, Azərbaycan ilk növbədə Fransanın tərəfkeş münasibətindən ələ düşmüş imkanı düzgün dəyərləndirməlidir. İlk növbədə ATƏT –in Minsk qrupunun tərkibinin dəyişdirilməsi istiqamətində fəal hərəkətə keçməliyik. Fransa təcili olaraq Minsk qrupunun üzvlüyündən kənarlaşdırılmalıdır. Minsk qrupunun üzvlüyünə daha iki ölkə Türkiyə və Pakistanın əlavə olunması istiqamətində ciddi iş aparılmalıdır. Bu məsələlər həll olunana qədər ATƏT-in fəaliyyətinin dondurulması tələb olunmalıdır. Bu baş verməsə Azərbaycan ümumiyyətlə ATƏT-dən imtina etməlidir”.

sia.az

Digər xəbərlər