Millət vəkili: “Tomas de Vaal çoxlu səhvlərə yol verib” MÜNASİBƏT

“Qərbdə Qafqaz və daha çox da Dağlıq Qarabağ problemi üzrə ən çox tanınan ekspertlərdən biri Tomas de Vaalın Moskvadakı Kornegi Mərkəzinin saytında dərc edilmiş bir məqaləsini oxudum. O, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatlar Sovetinin sessiyasında təsdiqlənən qanunsuz akt və sonrakı proseslərə həsr olunub”. SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, “Qarabağ konflikti “minimal layihə” kimi” adlı məqaləsində müəllif o zaman baş verənlərə yanaşmada neytral görünməyə çalışsa da, obyektiv deyil və çoxlu səhvlərə yol verib: “Birinci səhv ondadır ki, o, Sumqayıt hadisələrinin arxasında SSRİ DTK-nın dayanmadığını, onun Ermənistanda yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayətlər haqda yayılan saxta informasiyalar əsasında kortəbii baş verdiyini bildirir.Birincisi, onun saxta informasiya adlandırdığı heç də saxta deyildi. Artıq o zaman Ermənistanda oz doğma torpaqlarında yaşayan yüzlərlə azərbaycanlı ailəsi şil-şlküt edilərək oradan qovulmuşdu və qovulanların da bir hissəsi Sumqayıta gəlib çıxmışdı. Fevralın 21-də İrəvanda bir çox azərbaycanlıların evləri, uşaqlarının oxuduğu M. F. Axundov adına orta məktəb, Dəmirbulaq məscidi yandırılmış və buna bənzər digər olaylar törədilmişdi. Cənab Vaalın ötəri qeyd etdiyi kimi bunlar saxta informasiya yox, dəhşətli cinayətlər idi və onların da ardınca Erməmistanda yaşayan azərbaycanlılara qarşı daha amansız cinayətlərə, eyni zamanda da çoxsaylı qətllərə yol verildi. Nəticədə dədə-babalarının qədim yurd yeri olan həmən torpaqlarda indi bir azərbaycanl belə qalmayıb, bu da saxta informasiya yox, faktdır. İkincisi, Sumqayıt hadisələrinin arxasında məhz SSRİ DTK-nın dayandığı, orada baş verənlərə erməni millətindən olana DTK agentlərinin rəhbərlik etdikləri çoxdan təsdiqini tapıb. Onunla bağlı ingilis dilində də çoxsaylı istintiaq materiaları da var və inanmram ki, müəllif bundan xəbərsizdir.Dağlıq Qarabağ danışıqlarına gəldikdə britaniyalı ekspert yazır ki, guya onun nəticəsizliyi tərəflərin buna hazır olmamalarından qaynaqlanır. Əgər tərəflər öz aralarınada hər hansı bir razılığa gəlsələlər, Moskva bunu dəstəkləyəcək. Elə isə sual olunur: bəs onda Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan niyə devrildi və 1999-cu ildə oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktı nə üçün idi? İkincisi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini ön görən həllə niyə hazır olmamalıdır, səbəb nədir?Tomas de Vaal sözü gedən yazıda guya yenə neytrallıq sərgiləyərək bildirir ki, 1994-cü ildə Azərbaycan kimi Ermənsitan da Rusiya hərbiçilərinin Qarabağda yerləşdirilməsinin əleyhinə olub. Doğru deyil, nə o zaman ermənilər bunun əleyhinə çıxmışdılar, nə də indi əleyhinədirlər. Əgər belə olmasaydı, onda Rusiyanın Qafqazdakı ən böyük hərbi bazası orada yerləşdirilməz və Ermənistan sərhədlərini rusiyalı hərbiçilər qorumazdı.Tomas de Vaalın yol verdiyi yanılışlıqlardan biri də odur ki, onun fikrincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ probleminin həllində irəliləyişlər olmasında prezident Vladimir Putindən daha çox maraqlıdır. Azərbaycanda isə əksər ekspertlər tam əks fikirdədirlər və buna əsasları da var. Hansı əsaslardan söhbət getdiyini danışıqlarla bağlı yetərincə informasiyası, həm də insayder informasiyası olan cənab Vaal da bilməmiş deyil.Bir sözlə, neytrallıq yaxşı şeydir, ancaq əsl neytrallıq tərəfləri eyni rakursda təqdim etmək yox, olanları obyektiv dəyərləndirməkdir ki, müəllifin Dağlıq Qarabağ problemiylə bağlı bir çox yazılarında olduğu kimi bu məqaləsində də ona rast gəlinmir.Mən bir millət vəkili olaraq Tomas de Vaalın bu məqaləsinə ona görə reaksiya verməyi lazım bildim ki, öncə də vurğuladığım kimi o, qərbdə Qafqaz və Dağlıq Qarabağ problemi üzrə ən çox tanınan və neytral mövqedə duran ekspertlərdən biri sayılır. Tanınır tanınsın, ancaq onun bu yazısı da daxil bir sıra məqalələri, həm neytrallıqdan, elə həm də obyektivlik və dərinlikdən uzaqdır”.

sia.az