Musa Qasımlı: “Düşmən düşmənçiliyindən əl çəkməyib” AÇIQLAMA

"Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzünün gedişində Ermənistan Xocalıda günahsız mülki əhalini məhv etməklə, soyqırımına məruz qoymaqla bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət törədib". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, Ermənistan dövlət səviyyəsində dəhşətli cinayət edib: "Cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi "hücum diplomatiyası"nın həyata keçirilməsi Xocalıda törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Ermənilərin 200 ildən çox apardıqları yalan təbliğata qarşı Azərbaycan həqiqətləri ortaya qoyulub və düşmənə ağır zərbə vurulub. Xüsusən, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalər" kampaniyası çərçivəsində görülən işlər göz önündədir. Lakin biz kifayətlənməməliyik. Səylərimizi daha da artırmalıyıq. Çünki düşmən düşmənçiliyindən əl çəkməyib və torpaqlarımızı hələ də işğal altında saxlayır".

sia.az