Siyasət

  • 2 991

“Ermənistan İranın hakimiyyətdaxili müxalifətinin əlində vasitədir” ŞƏRH

image

“Təbriz əhalisi ilə görüş zamanı İranın ali rəhbəri adəti üzrə çox məsələlərə toxundu, İranın iqtisadi vəziyyətinə dair tövsiyələr verdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, müqavimət iqtisadiyyatını inkişaf etdirmək daxili iqtisadi siyasətin, Qərbə nisbətən Şərqə üstünlük vermək isə xarici iqtisadi siyasətin əsas prioriteti elan etdi: “Sonuncu fikrini bir az da izah etdi: “Qonşunu uzaqdan üstün tutmaq, bizimlə oxşarlıq və bağlıqları olan ölkələri digərlərindən üstün tutmaq”. İranın rəsmi davranışına görə oxşarlıq və bağlıqları olan ölkələrin sayı cəmi 4-dür. Bu 4 dövlət də iki qrupa bölünür.
I. Dil üzrə Tacikistan və Əfqanıstan.
II. Din üzrə İraq və Azərbaycan.
Bu 4 dövlətdən yalnız Azərbaycanın iqtisadiyyatı İran üçün donor rolunu oynaya bilər və artıq oynayır. Azərbaycan İran dəmir yoluna artıq 1 milyard dollar güzəştli şərtlərlə kredit ayırıb. Lazım gələrsə əlavə də investisiya qoyacaq. İndiki halda Əfqanıstan, Tacikistan və İraqla iqtisadi münasibətləri inkişaf etdirmək İrandan sərbəst maliyyə vəsaiti tələb edir. Belə vəsait indi İranda yoxdur.Ali rəhbərin bu vacib bəyanatı İranın Azərbaycana qarşı işləyən mətbuatı tərəfindən görməməzliyə vuruldu. Bu İranın Azərbaycana qarşı işləyən mətbuatının mahiyyətini sübut edir: İranla Azərbaycan arasında gərginlik yaratmaq. İranın Azərbaycana qarşı işləyən mətbuatı dəfələrlə İran siyasiləri və hərbçilərinin İraq və Suriyada baş verənlərə dair təhdidlərini Azərbaycana aid ediblər. Amma İran mətbuatı bunu özbaşına etmir. İranın Ali rəhbərinin bəyanatlarını təftiş edən qrup İranın Ali rəhbərinin özünün ofisində yerləşir. Bu qrup Ərdəbilin imamcüməsi S.H.Amiliyə antiAzərbaycan təlimat göndərən kimi həmin məlumatı Ermənistandakı “iranşünaslara” da ötürür.Ali rəhbərin müşavirlərindən birinin kuratoru olduğu bu qrupla digər yüksək çinli İran rəsmilərinin əlaqəsini istisna etmirik.Ehtimal ki, İranda hakimiyyət uğrunda mübarizə çoxdan başlayıb. Ali rəhbərin ən yaxın ətrafında olanların bəziləri Ali rəhbər postunda özlərini görmək istəyirlər. Ermənilərlə əlaqə bu şəxslərə Rusiyanın hakim elitası ilə özəl əlaqələr qurmaq üçün lazımdır.Ermənistanla iş aparan qrupun digər üzvlərinin də şəxsi maraqları var. Ermənistan ABŞ-a saxta vizalar düzəltmək üzrə ixtisaslaşmış şəxslərlə zəngindir. Ermənistanda xarici pasport açıq satışdadır. Bir çox xarici dövlətlərin vətəndaşları Ermənistanın bu xidmətindən istifadə ediblər. Bu kontekstdən İranın adı çəkilməsə də İran vətəndaşlarının da ABŞ-a marağı hamıya bəllidir. Rəsmi məlumatlara görə İranın təhsilli əhalisinin 25 faizi Kanada və Avstraliyaya miqrasiya etmək istəyir. Gürcüstanda da İran vətəndaşlarının Aİ-yə viza alması məsələsi ajiotaj yaradıb. Bu barədə bu məsələyə hətta İranın Gürcüstandakı səfirliyi müdaxilə etdi. Bu fonda İran vətəndaşlarının Ermənistandan viza və pasport alması ilə bağlı məlumatların yayılmaması başa düşüləndir.Beləliklə, hakimiyyət uğrunda mübarizə aparan və xaricə köçmək istəyən iranlılar üçün Ermənistan əvəzedilməz dövlətdir. Bunu reallaşdırmaq üçün İrandakılar Ermənistanı daim antiAzərbaycan materiallarla təmin edirlər. Son illərdə İranın Ermənistan vasitəsilə Türkiyəyə qarşı hər hansı təbliğat aksiyası reallaşdırdığına rast gəlməmişik. Ona görə də birmənalı şəkildə demək mümkündür ki, İran Ermənistan əlaqələri İran İslam qurluşuna xəyanətkar mövqeyə malik, həm də antiAzərbaycan bir qrup İran vətəndaşının marağının təmin etmək məqsədi daşıyır.İranın Azərbaycanla iqtisadi münasibətləri H.Ruhaninin prezidentliyi dövründə deyil, M.Əhmədnecadın dövründə qurulsaydı, İran daha çox udan dövlət olacaqdı. M.Əhmədinecadın dövründə Azərbaycan indikindən daha varlı idi. “Şimal-Cənub” dəmir yolu o zaman işə düşsəydi hər il ən azı İranın iqtisadiyyatına 1 milyard valyuta qazandıracaqdı. M.Əhmədinecadın dövründə İran Azərbaycanın qaza olan daxili tələbatını ödəyə bilərdi. Azərbaycan sərbəstləşmiş qazını dünya bazarına çıxarıb, pulunu İrana verə bilərdi. Bu, təxminən ildə 12-13 milyard m3 qazınAvropaya satılması və hər il 3-4 milyard dollar xalis valyuta gətirməsi demək idi. Azərbaycan tərəfdən publik şəkildə bu mövzuda dəfələrlə təkliflər səsləndirilmişdi. Əhmədinecad bunları bilə-bilə etmədi. Əvəzində Ermənistan üçün 7 milyard dollarlıq iqtisadi layihə reallaşdırmağa cəhd etdi. Təbii ki, alınmadı. S.Sərkisyanın Novruz bayramında İrana səfər etməsi üçün M.Əhmədinecad ona 60 milyon dollar hədiyyə verdi.Ali rəhbərin ofisinin ətrafında olan qrupun fəaliyyəti davam etdikcə İran özü zərərdə olacaq. Amma nə zamansa Ali rəhbərin bütün bu baş verənlərdən xəbəri olacaq. Ətrafındakı şəxslərin Ermənistanla əlaqələrinin İslam qurluşuna qarşı yönəldiyinin mahiyyətini başa düşəcək və buna reaksiya verəcəkdir".

sia.az

Digər xəbərlər