Siyasət

  • 3 000

Politoloq: “Separatçılara müstəqillik, ermənilərə isə rifah söz verilir” MÜNASİBƏT

image

“Armen Sarkisyan prezident kürsüsünə əyləşdirildi və Serj Sarkisyana bu lazım idi. O, bununla Qərbyönümlü bir şəxsin dövlət başçısı olacağına dair həm Rusiyaya, həm Avropaya və ABŞ-a mesaj verdi”. Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, burada məqsəd alternativ seçim imkanının olduğunu Qərbə göstərmək idi: “Eyni zamanda, Serj Sarkisyanı Qarabağ klanının deyil, Ermənistan klanının da əvəz edə biləcəyinə dair rəylər var idi. Amma bunu əvvəlcədən düşünərək elə şəkildə etdilər ki, yeni seçilən şəxs ali baş komandan olmasın. Həmçinin, yeni prezidenti bütün siyasi proseslərə təsir etmək səlahiyyətlərindən məhrum etdilər. Ona görə də aprel ayının 9-da keçiriləcək baş nazir seçkilərində Serj Sarkisyanı hökumət rəhbəri postuna gətirməklə ali baş komandan olmasını təmin etmək istəyirlər. Armen Sarkisyanın prezident seçilməsi üçün 79 səs kifayət idi. Bu o deməkdir ki, Ermənistan əhalisinin cəmi 79 nəfəri prezident seçib.A.Nağıyev əlavə edib ki, ümumiyyətlə, Ermənistanda bütün seçki prosesi Dağlıq Qarabağ probleminin üzərində qurulub: “Separatçılara müstəqillik, ermənilərə isə rifah söz verilir. Buna baxmayaraq, separatçıların müstəqilliyini də dəstəkləyə bilmir, xalqın rifah halını da düzəldə bilmir. Yəni problemlər yaşanmaqda davam edəcək. Beləliklə, Serj Sarkisyan öz üzərinə düşən bir sıra məsələləri Armen Sarkisyanın üzərinə qoydu”.

sia.az

Digər xəbərlər