Siyasət

  • 3 110

“The Times Kuwait” qəzeti: “Azərbaycan – Odlar Yurdu”

image

“The Times Kuwait” qəzetində “Azərbaycan-Odlar Yurdu” sərlövhəli məqalə dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.Məqalədə Qafqaz regionunda yerləşən Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən ölkə olduğu qeyd edilib. Bildirilib ki, Şərq ilə Qərb arasında yerləşən bu ölkədə zövq almaq üçün bir çox gözəlliklərlə qarşılaşmaq mümkündür. Xəzər dənizinin sahillərində çimərliklər, istirahət mərkəzləri, Yanardağ və palçıq vulkanları var.Həmçinin məqalədə Azərbaycandakı qədim məscidlər, müasir tikililər, habelə paytaxt Bakının gəzməli yerləri, Qəbələ, Şəki, Astara, Nabran şəhərləri barədə məlumatlar yer alıb.
AZƏRTAC

Digər xəbərlər