Siyasət

  • 2 987

Əflatun Amaşov: “MŞ seçkilərlə bağlı medianın monitorinqini aparacaq”

image

“Ümumiyyətlə aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycan mediasından da vaxtaşırı materillar gedir. Hələki seçkilərdə namizədlərin irəli sürülməsi, qeydiyyatı və onların imzatoplaması kampaniyası ilə bağlı birinci mərhələdir. Bununla əlaqədar Azərbaycan mediasında xeyli sayda materiallar dərc olunur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.MŞ sədrinin sözlərinə görə, prezidentliyə namizədlərə fərq qoymadan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatları demək olarki mütəmadi yayımlanır: “Martın 19-dan sonra isə təbliğat-təşviqat kampaniyasına start veriləcək. Bu müddətdə Azərbaycan Mətbuat Şurası istər elektron kütləvi informasiya vasitələrində - radio, televiziyalar, yazılı mətbuatda və s. medianın monitorinqini aparacaq. Seçkilərin necə işıqlandırılması, namizədlərə nə qədər vaxtın ayrılması, namizədlərə münasibətin necə olması ilə bağlı məsələlər araşdırılacaq.Medianın seçkilərə münasibəti həmin monitorinqdə öz əksini tapacaq. Bizim apardığımız müşahidələr onu göstərir ki, Azərbaycan mediasında namizədlərlə bağlı verilən materillarda, seçki proseslərində ciddi anlaşılmazlıq, problemlər yoxdur. Ən əsas mərhələ martın 19-dan sonra başlayacaq. Həmin müddət Mətbuat Şurasının diqqətindən yayınmayacaq”.

sia.az

Digər xəbərlər