YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-də prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvünün - Aydın Mirzəzadənin təsdiq edilməsi məsələsinə baxılıb. SİA-nın verdiyi məlumata görə, MSK katibi Arifə Muxtarova deyib ki, A.Mirzəzadənin məşvərətçi səshüquqlu üzvü təsdiq edilməsi üçün əsaslar var.Məsələ müzakirəyə çıxarılaraq qəbulı edilib.Qeyd edək ki, MSK Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyini qeydə alıb.

yap.org.az