Siyasət

  • 4 268

MSK sədri: “Beynəlxalq təşkilatlara dəvət göndərilib”

image

“Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq üçün dünya ölkələrinə və beynəlxalq təşkilatlara dəvət göndərilib”. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.MSK sədri bildirib ki, həm Milli Məclis, həm Xarici İşlər Nazirliyi, həm də Mərkəzi Seçki Komissiyası prezident seçkilərində müşahidə aparmaq üçün kifayət qədər təşkilat və ölkə parlamentlərinə dəvət göndərib.M.Pənahov deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun missiyası müşahidəçi kimi sabahdan fəaliyyətə başlayacaq.

sia.az

Digər xəbərlər