Siyasət

  • 4 377

Jurnalistlərin VII qurultayının iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

image

Azərbaycan jurnalistlərinin VII qurultayının iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, ziyarətçilər arasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliye, "Ədalət" qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas və digərləri olublar.Ziyarətçilər Ulu Öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.Jurnalistlər Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını da ziyarət edib, onun Azərbaycan mətbuatının yaranmasındakı xidmətlərindən söz açıblar.Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının keçdiyi uğurlu yoldan söz açıb. O, bu gün Azərbaycan mətbuatının üzərinə düşən missiyanı layiqincə yerinə yetirdiyini bildirib. Ə.Amaşov jurnalistlərin VII qurultayının sabah öz işinə başlayacağını və uğurla keçiriləcəyinə əminliyini vurğulayıb.Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayı martın 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.

sia.az

Digər xəbərlər