Sədaqət Vəliyeva: "Azərbaycan 8 ildir MDB-də lider ölkədir" AÇIQLAMA

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar əsasında ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli istiqamətdə inkişafı üçün çox önəmli tədbirlər həyata keçirilib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, aqrar sektora dövlət qayğısının artırılması məsələləri daim diqqət mərkəzində olub”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanda artıq makroiqtisadi sabitlik bərpa edilib və maliyyə dayanıqlılığı təmin olunub, valyuta bazarı tarazlaşdırılıb.Deputat əlavə edib ki, həyata keçirilmiş islahatların və atılmış addımların nəticəsində Azərbaycanın əldə etdiyi uğurları beynəlxalq reytinq təşkilatları da təqdir edirlər: “Məsələn, “Doing Business-2018” hesabatında 190 ölkə arasında 57-ci yerə yüksəlib, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib. “2017-2018-ci illər Qlobal Rəqabətlilik Hesabatı”nda isə 137 ölkə arasında 35-ci yerdə qəraralaşıb. MDB-də isə 8 ildir Azərbaycan lider ölkədir. Həmçinin, G-20 ölkələrinin bir neçəsi rəqabət indeksinə görə Azərbaycanda geridə qalıb. Bütün bunlarla yanaşı “Fitch”, “Standart and Poors” və “Moodys” reytinq agentlikləri də Azərbaycanın reytinqlərini yüksəldiblər”.Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bu gün Azərbaycan artıq böhranlı vəziyyətin mənfi təsirlərini geridə qoyub yenidən inkişaf yoluna çıxmış dövlətdir.

sia.az