Siyasət

  • 3 978

"Azərbaycanda seçkiöncəsi ictimai-siyasi sabitlik mövcuddur"

image

Dünyanın müxtəlif ölkələrində baş verən hadisələrə nəzər salsaq, görərik ki, əksər ölkələrədə məhz seçkiqabağı dövr qalmaqallarla, gizli intriqalarla müşaiyət olunur. Kənar qüvvələrin təsiri özünü açıq şəkildə göstərir. Azərbaycanda isə seçkiöncəsi ictimai-siyasi sabitlik mövcuddur. Bu sözləri sechki-2018.az saytına Rusiya İnnovasiya İnkişaf İnstitutunun Strateji Analiz Mərkəzinin direktoru Andrey İvanov Azərbaycanda seçkiöncəsi vəziyyətlə bağlı fikirlərini bölüşərkən deyib.O bildirib ki, bəzi kənar qüvvələrin qısqanclıqlarına baxmayaraq, Azərbaycan müstəqil siyasət nümunəsi sərgiləyir.“Rəsmi Bakı heç vaxt hər hansı böyük dövlətin təsiri altına düşmür, kimlərinsə ona diktə etməsinə imkan vermir. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq etmək niyyətində olduğunu dəfələrlə nümayiş etdirib. Bu, eyni zamanda, ölkəni beynəlxalq layihələr üçün perspektivli tərəfdaşa çevirir. İndiki vəziyyətdə müstəqil xarici siyasət, iqtisadi inkişaf daxili siyasi sabitliyin təminatıdır. Bu mənada Azərbaycan seçkilərlə bağlı da kənardan mümkün təsirlərin qarşısını almaq gücündədir", - deyə rusiyalı analitik bildirib.

sia.az

Digər xəbərlər