Siyasət

  • 4 411

Siyasi şərhçi: “Belə bir format bizim üçün çox gərəklidir”

image

“Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçiriləcək dördtərəfli görüşü hər şeydən öncə dörd ölkə arasında münasibətlərin daha da irəli aparılması baxımından önəmlidir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, hər dörd ölkə qarşılıqlı ikitərəfli münasibətlərə malikdir, problemlər demək olar ki, yoxdur: “Bununla belə dördlükdə müzakirələrin açılmasına da zərurət var. Eyni zamanda Ermənistanın təcridinin dərinləşdirilməsi baxımından belə bir format bizim üçün çox gərəklidir. Belə davam edərsə, Ermənistan dəryada ada kimi ortada yalqız qalacaq və bizim o ölkə üzərindəki üstünlüyümüz daha da güclənəcək. Bu isə işğal altındakı torpaqların azad edilməsi baxımından çox gərəklidir”.

sia.az

Digər xəbərlər