Siyasət

  • 4 921

İlk dəfə səs verəcək gənclərlə görüş - Gəncədə

image

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər evində “Gənc seçici” adlı maarifləndirici toplantı təşkil olunub. Tədbirdə aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclər iştirak ediblər. SİA-nın bölgə müxbiri xəbər verir ki, toplantı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tədbirlər planına uyğun olaraq keçirilib.Gəncə Şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov bildirib ki, tədbirin keçirilməsində məqsəd gənclər arasında seçki prosesini və seçkilərdə iştirakı, eləcə də ilk dəfə səs verən gənc seçicilər arasında fəallığı təmin etməkdir.“Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin gənclər siyasətinin mühüm rolu var”, - deyə M.Cəfərov bildirib.Seçkilərin ölkəmizin həyatında mühüm hadisə olduğunu deyən 39 saylı Kəpəz Birinci (Gəncə) Seçki Dairəsinin sədri Elbar Əhmədov qeyd edib ki, Gəncə şəhərində 4 dairə, 107 məntəqə fəaliyyət göstərir. O, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.Daha sonra ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar cavablandırılıb.

sia.az

Digər xəbərlər