Siyasət

  • 3 833

YAP Qaradağ rayon təşkilatında treninq keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında aprelin 11-də keçiriləcək prezident seçkilərində müvafiq seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri və müşahidəçilər üçün treninq keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə seçki hərəkətləri, məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin hüquq və vəzifələri, digər prosedurlar barədə geniş məlumat verilib.Həmçinin məşğələlərdə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.Treninqdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri uğurla aparılır. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Onun sözlərinə görə, seçki komissiyaları lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə tam təchiz edilib.A.Hüseynov bildirib ki, ölkəmizdəki ictimai-siyasi sabitlik, müvafiq seçki komissiyalarının yüksək hazırlığı və ölkənin seçki qanunvericiliyi prosesin tam şəffaf, ədalətli və demokratik prinsiplərə uyğun keçiriləcəyini söyləməyə əsas verir. Millət vəkili əlavə edib ki, Azərbaycan dövləti seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə və güclü iradəyə malikdir: “Bütün bunlar isə nəticə etibarilə prezident seçkilərinin yüksək səviyyədə həyata keçiriləcəyini söyləməyə ciddi əsaslar yaradır”.

sia.az

Digər xəbərlər