Siyasət

  • 2 827

Naxçıvanda məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-treninqlər davam etdirilib

image

Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla əlaqədar olaraq muxtar respublikada fəaliyyət göstərən seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunmuş seminar-treninqlər davam etdirilib.AZƏRTAC xəbər verir ki, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi dairə seçki komissiyasının iclas zalında keçirilmiş seminar-treninqdə çıxış edən komissiyanın sədri Zahid Ələkbərov seçki məntəqələrinin səsverməyə hazırlanması barədə məlumat verib.Sonra çıxış edən dairə seçki komissiyasının katibi Şəmil Əliyev səsvermə prosesi haqqında danışıb.Dairə seçki komissiyasının böyük məsləhətçisi Səfər Hüseynov isə səslərin sayılması və protokolların doldurulması barədə bəhs edib.Seminar-treninqdə iştirakçıların sualları cavablandırılıb.Qeyd edək ki, martın 12-15-də 6 saylı Culfa-Babək seçki dairəsi dairə seçki komissiyasında və 7 saylı Ordubad-Culfa seçki dairəsi dairə seçki komissiyasında da məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-treninqlər keçirilib.
AZƏRTAC

Digər xəbərlər