Siyasət

  • 3 763

Azərbaycan-Rumıniya münasibətlərinin inkişaf perspektivləri barədə müzakirələr aparılıb

image

Martın 15-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Viktor Paul Dobrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.Görüşdə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. O bildirib ki, Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq mövcuddur, siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq kifayət qədər güclüdür.Komitə sədrinin müavini deyib ki, bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmiz dünyada gedən proseslərə, ilk növbədə, öz milli maraqlarını ifadə edən mövzulara mövqeyini bildirir, o cümlədən müzakirələr üçün mühüm platforma yaradır. Bu, həmçinin ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında bizim üçün vacib istiqamətlərdən biridir.Sevinc Fətəliyeva Azərbaycanın iqtisadi inkişafı, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara ətraflı məlumat verib.Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Viktor Paul Dobre ölkəmizdə gördüyü yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Üçüncü dəfə Azərbaycanda olduğunu deyən qonaq səfər çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib və bildirib ki, ölkəmiz barədə kifayət qədər məlumat toplayıblar. O vurğulayıb ki, Rumıniya Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır.Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

yap.org.az

Digər xəbərlər