Siyasət

  • 2 886

"Azərbaycan demokratik dəyərlərə malik olduğunu dünyaya göstərəcək"

image

Əminəm ki, prezident seçkilərindən sonra da Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxlayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. SİA xəbər verir ki, bu fikirləri ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyz sechki-2018.az saytına açıqlamasında bildirib.Azərbaycanın multikultural, sülhsevər bir ölkə olduğunu qeyd edən P.Teyz vurğulayıb ki, Azərbaycan xalqının bu xəzinəsi prezident seçkiləri ərəfəsində dinc mühit yaratmağı asanlaşdırır. İnanıram ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri dünyaya bu ölkənin ən yüksək demokratik dəyərlərə malik olduğunu bir daha göstərəcək.Azərbaycan torpaqlarının 20 faizinin 25 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, buna baxmayaraq ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini, Azərbaycanın Avropa İttifaqına üzv ölkələr ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə malik olduğunu bildirən P.Teyz prezident seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini vurğulayıb.

sia.az

Digər xəbərlər